"Vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinə verilən məbləğ artırılacaq" - Rəsmi

30.09.2015 11:27     Ecoreaksiya     2573

"Pensiya islahatları ilə vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinə verilən əlavənin cəmi məbləğinin minimum həddinin 80%-ə qaldırılması imkanları hazırda müzakirə olunur".

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib.

E. Mehdiyev bildirib ki, qüvvədə olan qanunvericiliyə görə, həmin rəqəm ayrı-ayrı kateqoriyalara aid hərbi qulluqçular üzrə 35-50% olaraq müəyyən edilib.

Qeyd edilən islahat tədbirinin vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinin pensiya təminatının yaxşılaşdırılmasına mühüm töhfə verəcəyini deyən fond sədri pensiya islahatlarının bütövlükdə pensiyaçıların sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət etdiyini vurğulayıb.

Şərhlər