"Qazprom" Azərbaycana qaz nəqlinə başlayıb

02.10.2015 00:38     Ecoreaksiya     1737

Sentyabrın 29-dan etibarən Rusiya qazı Azərbaycana nəql olunmağa başlayıb. Hazırda "Qazprom" Azərbaycana 6 mln. kubmetr həcmində qaz nəql edib.

Reaksiya.az-ın məlumatına görə, bu barədə "Qazprom"un mətbuat xidməti xəbər verib.

Məlumatda qeyd olunub ki, Rusiya qazı Azərbaycana maye yanacağa yaranan tələbatı ödəməyə imkan verəcək.

Xatırladaraq ki, tərəflər qaz nəqli ilə bağlı razılığı cari ilin sentyabrında əldə edib. Razılaşma 5 illik imzalanıb. Razılaşmaya əsasən, "Qazprom" il ərzində Azərbaycana 2 mlrd. qaz nəql edəcək.

Şərhlər