Putin Ərdoğanla danışdıqlarını “Qazprom” sədri ilə müzakirə edəcək
15.06.2015 12:04 Ecoreaksiya 2016
Rusiyanın dövlət başçısı Putin Türkiyə prezidenti Ərdoğanla ölkəmizin Azərbaycanın paytaxtı Bakıda keçirdiyi görüşdə gündəmə gələn enerji məsələləri və təbii qazda beynəlxalq əməkdaşlığı müzakirə etmək üçün bu gün Rusiyanın təbii qaz nəhəngi “Qazprom” İdarə heyətinin sədri Başçısı Miller ilə bir araya gələcək.
Kremlin sözçüsü Dmitri Peskov verdiyi mətbuat açıqlamasında "Rusiya Dövlət Başçısı Vladimir Putin Qazprom İdarə heyəti Başçısı Aleksey Millerdən beynəlxalq məsələlər də daxil olmaqla bir çox məsələlərlə bağlı hesabat dinləyəcək. Putinin Ərdoğanla keçirdiyi görüş nəticəsində mütəxəssis səviyyəsində görüşlərin keçirilməsi planlaşdırıldı. Putin də bu təmaslardan çıxan nəticələri dinləyəcək" fikirlərinə yer verib.
TÜRK AXINI müzakirə olundu
Peskov 1. Avropa Oyunlarının açılışında görüşən iki liderin, “Türk axını” da daxil olmaqla böyük enerji layihələrini dəyərləndirdiklərini söyləmişdi: "İki lider görüşdə, Akkuyu Atom Elektrik Santrali inşasını dəyərləndirib və layihə çərçivəsində ortaya çıxan problemləri də müzakirə ediblər. Akkuyudaki problemlər, böyük tikinti layihələrində yaşanan texniki məsələləri ehtiva edir. Ayrıca enerji üzrə müxtəlif böyük layihələr də gündəmə gəlib. Türk Axını ilə birlikdə mövcud təbii qaz boru xəttlərindəki vəziyyət barəsində də fikir mübadiləsi aparılıb".
Şərhlər