“Türk axını” qeyri-müəyyən müddətə təxirə salındı

08.10.2015 07:52     Ecoreaksiya     1800

“Qazprom” Türkiyə ilə razılaşma olmadığına görə “Türk axını” qaz kəmərinin ilk xəttinin işə salınması tarixini təxirə salmaq qərarına gəlib, Rusiya şirkətinin sədr müavini Aleksandr Medvedev bəyan edib.

Reaksiya.az-ın xarici mətbuata istinadən məlumatına görə, “Kəmərin ilk hissəsinin düzülməsi layihəsini 2016-cı ilin dekabrında başa vura bilərdik. Hazırda hökumətlərarası razılaşma olmadığına görə bu tarix dəyişiləsidir. Bu bir il müddətinə belə təxirə salınsa, heç bir qorxulu şey baş verməz”, - Medvedev deyib.

Onun sözlərinə görə, layihənin həyata keçirilməsi müddətinə Türkiyədəki siyasi durum təsir edir. Noyabrın 1-də ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək, onun nəticələri əsasında yeni hökumət formalaşdırılacaq.
Eyni zamanda, “Qazprom” nümayəndəsinin sözlərinə görə, Suriya ətrafında yaranmış vəziyyət Moskva ilə Ankara arasında danışıqların gedişinə təsir etmir.

Bu həftə “Qazprom”un “Türk axını”nın yarısından imtina etdiyi məlum olub. “Qazprom” şirkətinin başçısı Aleksey Millerin sözlərinə görə, boruların gücü təxminən 32 milyard kub metr təşkil edər.

“Türk axını” Rusiya ilə Avropa arasında münasibətlərin gərginləşməsi fonunda dondurulan “Cənub axını” layihəsini əvəz edib. Qaz kəmərinin Qara dənizin dibi ilə Türkiyəyə çatdırılacağı, oradan isə Yunanıstana kimi davam etdiriləcəyi gözlənilir.

Şərhlər