Krımın qərbində otellərin 90% - i boşdur

15.06.2015 14:33     Ecoreaksiya     2065

Ukraynadakı daxili qarışıqlıqlardan sonra Rusiya Federasiyasına ilhaq olunan Krımda turizm sektorundakı mənfi hallar davam edir. Rəsmi məlumatlara görə, Krımın qərbindəki otellərin 90% - i boşdur. Bura gələn turistlərin nisbəti 6-9 % təşkil edir.

Yerli mətbuata şərh edən Krımlı rəsmiləri, Kırmın cənubunda bu gün hotellərin 50-60% - nin, şərqində 35-37% - nin, qərbində isə 6-9% - nun dolu olduğu məlumatını verib.

Araşdırmalara görə, bu yay Rusiya vətəndaşlarının sadəcə 10% - i Krımda tətilini keçirməyi planlaşdırır.

Yarımadanın hadisələrdən sonra ən əhəmiyyətli gəlir mənbəyindən məhrum olmaması üçün, otel və digər istirahət məkanlarındaki qiymətlərdə artışın edilməsi qərara alınmışdı.

Şərhlər