Azərbaycanda dollar ucuzlaşdı, avro bahalaşdı

12.10.2015 09:47     Ecoreaksiya     2016

Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.

Reaksiya.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 12-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0004 manat və ya 0,04% azalaraq 1,0474 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0095 manat və ya 0,8% artaraq 1,1914 manata yüksəlib.

Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,17% azalaraq 0,0169 manat olub.

Şərhlər