Çin "Sibirin gücü” vasitəsi ilə Rusiyadan 30 milyard kubmetr qaz alacaq
16.06.2015 08:50 Ecoreaksiya 2009
Rusiya və Çinin, “Sibirin gücü” təbii qaz boru xətti layihəsi vasitəsi ilə 30 il ərzində illik təxminən 30 milyard kubmetr təbii qaz daşınması mövzusunda razılığa gəldikləri açıqlanıb.
Rusiyanən dövlət başçısı Vladimir Putin “Qazprom” - un sədri Aleksey Miller ilə görüşüb. Görüşdə “Sibirin gücü” təbii qaz boru xətti layihəsi müzakirə olunub. Layihə haqqında Putinə məlumat verən Miller boru xəttinin inşasının plana uyğun şəkildə davam etdiyini, ay sonunda boru xəttinin Çində olan hissəsinin inşasına başlanılacağını bildirib.
Çinin baş nazirinin müavini Cang Gaol ilə keçirdiyi görüş haqqında da məlumat verən Miller boru xətti layihəsində vacib məqamların həll olunduğunu vurğulayaraq qey əhəmiyyətli inkişaflar yaşandığını vurğulayaraq qeyd edib ki, Çin tərəfi ilə 30 illiyinə 30 milyard kubmetr təbii qazın nəqli, inşaatın müddəti və nəqllə bağlı bəzi xüsusi maddələr mövzusunda razılaşma əldə olunub.
Qeyd edək ki, Çin ilə əldə edilən razılaşmaya görə, Rusiya Çinə həm qərb, həm də şərqdən təbii qaz nəqlini təmin edəcək iki boru xətti inşa edəcək. 2700 kilometr uzunluğunda olması planlanan xətt, Rusiya təbii qazını Qərbi Sibir bölgəsindən Çinin Xinjiang bölgəsinə çatdıracaq.
Şərhlər