“Kommersant”dan iddia: “Türk axını” koalisiyaya görə gecikir
16.06.2015 11:03 Ecoreaksiya 2013
Rusiyanın məşhur qəzetlərindən “Kommersant”, “Türk axını” təbii qaz boru xəttinin Türkiyədə qurulacaq koalisiya hökumətinə görə gecikdiyini iddia edib.
“Kommersant”ın dünənki sayında dərc olunan xəbərdə, Rusiyanın dövlət başçısı Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Bakıda reallaşan danışıqlarda təzyiqin yüksəldiyini iddia etmiş, Kremlin və Ankara isə iddiaları təkzib etmişdi.
Türkiyədə hər hansı bir iqtidar Türk axınına xeyr deməz
Moskvanın təbii qaz endirim vədinə baxmayaraq, Türkiyənin hələ də Türk axını ilə əlaqədar hökumətlərarası razılaşmaya imza atmadığına diqqət çəkən qəzet, Türkiyədə koalisiya hökumətinin ortaya çıxmasının layihəni gecikdirəcəyinə diqqət çəkib.
Bakı görüşlərindən sonra 15 iyunda Rusiyanın dövlət başçısı Putinlə “Qazprom” - un sədri Aleksey Millerin bağlı qapılar ardında mövzunu müzakirə etdiyini ifadə edən qəzet, görüşdən sonra “Türk axını” ilə əlaqədar irəliləyişin olub olmadığına dair hər hansı bir şərhin verilməməsinə diqqət çəkib.
Layihə dayanıb, Türkiyədə müqaviləni imzalayacaq yeni hökumət hələ ki, yoxdur
“Kommersant” bazar ertəsi günü Putin-Miller görüşünün mətbuata açıq hissəsində “Türk axını”ndan bir cümlə belə olsun danışılmadığına diqqətlərin yönəldib. Qəzetin əlaqə saxladığı Kremlin sözcüsü Dmitri Peskov görüşün mətbuata qapalı hissəsində mövzunun müzakirə olunduğunu bildirib.
“Kommersant”ın etibarlı mənbələri layihənin "dalana dirəndiyini" iddia edir. Xəbərdə etibarlı mənbələr bildiriblər ki, Rusiya Türkiyəyə təbii qaz boru xətti qarşılığında endirim sözü verib. Lakin Türkiyə hələ də hökumətlər arası müqaviləni imzalamayıb. Amma Rusiyadan endirim istəyirlər.
“Kommersant” qəzetlərinin fikrincə, müqavilənin imzalanması üçün ölkədə yeni hökumət də yoxdur. Bir məsələ də var ki, siyasi zəmanətlər olmadan “Botaş” endirim ala bilməyəcək. Müqavilədə dəyişikliklərlə bağlı müddəalar olsa belə.
Şərhlər