"Bəzi qiymətlər düzgün təyin olunmur, nəticədə monopoliya yaradılır" - Cavid Qurbanov

13.10.2015 10:56     Ecoreaksiya     2359

"Tarifləri əsasən bazar müəyyənləşdirir. Dövlət bazarda tarifləri nəzarətdə saxlamalıdır".

Reaksiya.az APA-ya istinadən xəbər verir ki,, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.

"Ölkə başçısı da bununla bağlı müvafiq bəyanatla çıxış edib. Tariflərin şişirdilməsi yüklərin buradan qaçmasına şərait yaradır. Söhbət tariflərdə güzəşt edilməsindən getmir. Sadəcə nəzərə almaq lazımdır ki, bəzi qiymətlər düzgün təyin olunmur, düzgün tənzimlənmir və nəticədə monopoliya yaradılır. O monopoliyalar da yüklərin Azərbaycandan qaçmasına şərait yaradır", - deyə C. Qurbanov bildirib.

Onun sözlərinə görə, bu səbəbdən, tariflərin tənzimlənməsi üçün prezident müvafiq tapşırıqlarını verib.

Şərhlər