Medvedev: "Biz rüşvət veririksə, Kiyev və BVF də oğurluq edir"

16.06.2015 13:40     Ecoreaksiya     1950

Ukrayna prezidenti Pyotr Poroşenkonun Rusiyanın 2013 – cü ildə Ukraynaya verdiyi krediti rüşvət kimi xarakterizə etməsi, Moskvanın sərt reaksiyasına səbəb olub. Belə ki, Rusiyanın baş naziri Dmitri Medvedev, "Əgər Rusiyadan aldıqları kredit rüşvətdırsə Kiyevin və BVF ilə icra etdiyi müzakirələr də geniş diametrli oğurluqdur" - deyib.

“Bloomberg” – ə açıqlama verən Poroşenko 2013 – cü ildə dövlət başçısı Viktor Yanukoviçin Rusiya tərəfindən verilən 3 milyard dollarlıq kreditin rüşvət sayılmalı olduğunu müdafiə edib. Poroşenko pulun Yanukoviç Aİ ilə Genişləndirilmiş Tərəfdaşlıq sazişini imzalamağı rədd etməsi ilə bağlı və Ukraynanı Rusiya təsiri altında tutmaq məqsədiylə verildiyini iddia edib.

Ukrayna liderinə fərdi Facebook hesabı vasitəsilə cavab verən Rusiya baş naziri Medvedev isə bunları yazıb: "Əgər Ukraynanın Rusiyadan aldığı 3 milyard dollarlıq kredit, Poroşenko üçün rüşvətdirsə o zaman Kiyevdə BVF ilə icra etdiyi milyard dollarlıq müzakirələr də geniş diametrli sui-istifadə formatıdır".

 

Kreml: “Şərh gözləyirik”...

Poroşenkonun sözlərinə Kremldən də reaksiya gecikməyib. Kremlin mətbuat katibi Dmitri Peskov bunları qeyd edib: "Bu cür ifadələri eşidəndə, ilk növbədə, mövcud rəhbərliyin əvvəlcə bizi maraqlandıran maliyyə öhdəliklərindən imtina etmədikləri ilə bağlı açıqlama gözləyirik. Düzünü demək lazım gələrsə, dövlət başçısı Poroşenkonun sözlərinin bu əsas suala cavab olub olmadığını cavab verməkdə çətinlik çəkirəm".

KİEV BORCUNU QƏBUL ETDİ

Rusiyadan alınan kreditin statusunun da naməlum olduğunu irəli sürən Ukrayna lideri Poroşenko 3 milyard dolların ictimai borcmu, yoxsa ticari kreditmi olması ilə bağlı əlavə müzakirəyə ehtiyac duyulduğunu söyləyib.

Digər tərəfdən Ukraynanın maliyyə naziri Natalya Yaresko da bu gün, Rusiyanın geri ödənməsi şərtiylə iki il əvvəl Ukraynadan satın aldığı 3 milyard dollarlıq Eurobondun “borc” olduğunu qəbul edib.

Borc geri qaytarılacaqmı?

Rusiya, Ukraynadan 3 milyard dollarlıq kreditin ödəməsini ən gec 22 iyunda, tam ödəmələri isə 2015-ci ilin dekabrına kimi ödəməsini gözləyir. Ukrayna isə Moskvadan kredit borcunu yenidən konfiqurasiya etməsini tələb edir. Ancaq Rusiya maliyyə nazirinin müavini Sergey Storçak, Ukraynanın borcunun yenidən müzakirə edilməyəcəyini açıqlamışdı.

Şərhlər