Azərbaycanda dollar ucuzlaşdı, avro bahalaşdı
14.10.2015 09:44 Ecoreaksiya 2191
Bu gün oktyabrın 13-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.
Reaksiya.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 14-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi oktyabrın 13-ü ilə müqayisədə 0,0002 manat və ya 0,02% azalaraq 1,0473 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0029 manat və ya 0,24% artaraq 1,1927 manata yüksəlib.
Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,18% azalaraq 0,0167 manat səviyyəsində qərarlaşıb.
Şərhlər