Təhsil naziri xaricdə təhsillə bağlı əmr imzaladı
16.06.2015 18:03 Ecoreaksiya 2583
Təhsil naziri Mikayıl Cabbarov “Xarici ölkələrdəki aşağı reytinqli ali təhsil müəssisələrinə Azərbaycan gənclərinin qəbulunun tənzimlənməsi ilə bağlı Tədbirlər Planı”nın icrasının təşkili barədə” əmr imzalayıb.
Reaksiya.Az-ın Təhsil nazirliyinə istinadla verdiyi məlumata görə, əmrdə qeyd edilir ki, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın təkmilləşdirilməsinə və xaricdə təhsil üzrə vasitəçilik fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinə aid edilməsinə dair təkliflərin hazırlanması qərara alınıb.
Eləcə də Azərbaycanın qoşulduğu Lissabon konvensiyasının (ali təhsil sənədlərinin nostrifikasiyası haqqında) ratifikasiya şərtlərinin Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə uyğunlaşdırılması, xaricdə təhsil üzrə Dövlət Proqramından kənar xaricdə təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının Təhsil Nazirliyi və müvafiq diplomatik nümayəndəlik, konsulluqları tərəfindən vahid elektron qeydiyyat sisteminin və xaricdə təhsil alan Azərbaycan vətəndaşlarının qeydiyyatının aparılması məqsədilə yeni elektron xidmətin yaradılması, həmin xidmətin “Elektron hökumət” portalı ilə inteqrasiyasının təmin olunması əmrdə əksini tapıb.
““Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 04.06.2015-ci il tarixli 44 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Xarici ölkələrdəki aşağı reytinqli ali təhsil müəssisələrinə Azərbaycan gənclərinin qəbulunun tənzimlənməsi ilə bağlı Tədbirlər Planı”nın icrasının təşkili barədə” əmr - (http://edu.gov.az/view.php?lang=az&menu=81&id=10870)
Şərhlər