Mərkəzi Bankın nizamnamə kapitalı 500 milyon manat olacaq

15.10.2015 17:57     Ecoreaksiya     2120

Azərbaycan Mərkəzi Bankının nizamnamə kapitalı 10 milyon manatdan 500 milyon manata artırılır.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat Milli Məclisdən verilib.

Məlumata görə, bununla bağlı “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunun 10.2-ci maddəsinə dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, “Mərkəzi Bankın nizamnamə kapitalı 10 milyon manatdır” cümləsində “10 milyon” sözü “500 milyon” sözü ilə əvəz edilir.

Layihə Milli Məclisin oktyabrın 20-də keçirilən plenar iclasında müzakirəyə çıxarılacaq.

 

Şərhlər