Rusiyadakı azərbaycanlılar vətənə nə qədər pul göndərib? - HESABAT

16.06.2015 18:25     Ecoreaksiya     2954

Rusiyada yaşayan 743 min azərbaycanlı ötən ildə Azərbaycana 1.1 milyard dollar göndərib.

ANS PRESS-in məlumatına görə, bu barədə Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun (IFAD) hesabatında yazılıb.

Bildirilib ki, özbəklər vətənlərinə 5.6 milyard, ukraynalılar 3.9 milyard, taciklər 2.9 milyard, ermənilər 1.38 milyard və gürcülər 1.22 milyard dollar göndərib. 

Rusiya Federasiyasından göndərişlərin 60% (12.4 milyard dollar) Özbəkistana, Ukrayna və Tacikistana gedir. Türkmənistan və Özbəkistan Rusiyadan gələn vəsaitdən çox asılıdır. Qırğızıstana, Ermənistana, Qazaxıstana, Gürcüstana və Ukraynaya pulun 50%-i Rusiyadan gəlir.

Ümumilikdə isə Avropada yaşayan miqrant fəhlələr öz ölkələrinə 109.4 milyard dollar yollayıblar. Bu, dünyada 150 milyon nəfərin təmin olunması deməkdir.

IFAD-in hazırladığı hesabata əsasən, pul Qərbi Avropadan və Rusiyadan göndərilib. 2014-cü ildə əsas pul göndərən ölkələr Rusiya (20.6 milyard), Böyük Britaniya (17.1 milyard), Almaniya (14 milyard), Fransa (10.5 milyard), İtaliya (10.4 milyard) və İspaniya (9.6 milyard) olub.

Ötən ildə Avropadan göndərilən pulun 1/3-i və ya 36.5 milyard dolları Balkanlar, Baltik və Şərqi Avropada 19 ölkəyə gedib. On Aİ ölkəsi də buraya daxildir. Pulun 2/3-si, yaxud 72.9 milyard dolları isə Avropadan kənar 50 inkişaf etməkdə olan ölkəyə gedib.

Avropadan pul göndərişlərinin bir mənbəyi də Əfqanıstan, İraq, Sudan kimi kövrək ölkələrdir. Pul göndərişləri bu ölkələrdə milyonlar ailəni saxlayır.

Şərhlər