Əhalinin gəliri nə qədərdir?
16.10.2015 03:16 Ecoreaksiya 2035
Cari ilin doqquz ayında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,8% artaraq 30,1 mlrd. manata çatıb.
Reaksiya.az-ın Dövlət Statistika Komitəsinə isinadən verdiyi xəbərə görə, gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi isə 4,5% artaraq ölkənin istehlak bazarında qiymətlərin bahalaşmasını 0,8 faiz bəndi üstələyib.
Bu dövr ərzində gəlirlərin 75,6%-i son istehlak xərclərinə, 9,4%-i vergilərin, sığorta və üzvlük haqlarının, 2,9%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 12,1%-i isə yığıma yönəldilib. Əhalinin sərəncamında qalan gəlirləri 27,3 mlrd. manat təşkil edərək əvvəlki ilin eyni dövründəkindən 5,7% çox olub.
Şərhlər