10%-lik vergi tutula bilər - Vergilər naziri

16.10.2015 15:41     Ecoreaksiya     2299

2016-cı ildən Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlardan vergi tutula bilər.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsində “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirəsi zamanı vergilər naziri Fazil Məmmədov məlumat verib.

Hazırda Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlar gəlir vergisindən azaddır. Təklif olunan dəyişiklikdə isə bu uduş muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlərə aid olunur və məbləğinin gəlirə aid edilərək, 10% dərəcə ilə vergiyə cəlb edilməlidir. Fiziki şəxsin əldə etdiyi ümumi gəliri dəqiqləşdirildikdə isə, bu məbləğin çıxılması təklif edilir.

Şərhlər