Taner Yıldız sabah Rusiyaya gedir
17.06.2015 09:09 Ecoreaksiya 1806
Türkiyə ilə Rusiya arasında başda “Türk axını” olmaqla enerji sahəsindəki əməkdaşlıq üçün danışıqlar sürətləndirilib. Türkiyənin Enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, bu çərçivədə görüşlər keçirmək üçün sabah Rusiyaya gedəcək.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiyanın dövlət başçısı Vladimir Putin, keçən şənbə günü Azərbaycanın paytaxtı Bakıda görüşmüş, həm bölgədəki prosesləri, həm də ikitərəfli münasibətləri dəyərləndirmişdilər. Bakıdakı danışıqlarda “Türk axını” təbii qaz boru xətti, Akkuyu Atom Elektrik stansiyası kimi iki ölkənin əməkdaşlıq etdiyi layihələr də gündəmə gəlmişdi. “Türk axını”nda iki ölkənin koordinatları təyin edilmiş, Türkiyə layihələrlə bağlı bir prosesin düyməsinə basmışdı.
Türkiyə Enerji və təbii ehtiyatlar naziri Taner Yıldız Rusiya ilə həyata keçirilən enerji layihələrində gəlinən nöqtəni dəyərləndirmək məqsədi ilə sabah bu ölkəyə gedəcək. Rusiyanın Sankt Peterburq şəhərində saat 14.00-da Rusiya Federasiyası Energetika naziri Aleksandr Novak ilə görüşəcək nazir, daha sonra saat 16.00 0 da da “Qazprom” – un sədri Aleksey Miller ilə biraraya gələcək. Yıldız səfərdən sonra Türkiyəyə qayıdacaq.
Şərhlər