Bu fəaliyyət növlərinin sayı azaldılacaq

17.10.2015 02:53     Ecoreaksiya     1697

İqtisadiyyat və Sənaye Nazirliyinin dünən keçirilmiş geniş kollegiya iclasında nazirlik tərəfindən verilən əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı, satışı və əmtəə birjası fəaliyyətinə lisenziyaların xüsusi razılıq (lisenziya) tələb edilən fəaliyyət növlərinin siyahısından çıxarılması barədə təkliflərin verilməsi qərara alınıb.

Reaksiya.az nazirliyin saytına istinadən xəbər verir ki, xüsusi razılıq (lisenziya) tələb edilən fəaliyyət növlərinin siyahısına yenidən baxılaraq sayının azaldılması barədə ən qısa zamanda təkliflərin hazırlanması barədə də qərar qəbul edilib.

Qeyd edək ki, bu tədbirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin biznes mühitinin daha da yaxşılaşdırılması barədə verdiyi tapşırıqların icrası olaraq həyata keçirilir.

Şərhlər