Benzin ucuzlaşdı

17.10.2015 04:19     Ecoreaksiya     2835

İstanbulda ortalama 4,41-4,42, Ankarada 4,44 və İzmirdə 4,43 lirədən satılan benzinin qiyməti ucuzlaşıb.

Reaksiya.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gecə yarısından etibarən benzinin hər litr qiymətində 5 qəpik endirim olacaq.

Beləliklə, benzinin qiyməti İstanbulda ortalama 4,36-4,37, Ankarada 4,39 və İzmirdə 4,38 lirəyə düşəcək.

Xatırladaq ki, ötən gün də benzin 9 qəpik ucuzlaşmışdı. Türkiyədə son endirimlə birlikdə benzinin ümumi qiyməti 14 qəpik ucuzlaşıb.

Şərhlər