Azərbaycana ən çox sərmayə yatıran ölkə
17.10.2015 08:41 Ecoreaksiya 2077
2015-ci ilin yanvar-sentyabr aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 4 milyard 968 milyon manat vəsait yönləndirilib.
Reaksiya.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Komitədən bildirilib ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 4 milyard 450 milyon manatı (89,6%-i) Böyük Britaniya, Türkiyə, Norveç, Rusiya, İran, ABŞ, Yaponiya, Malayziya və İsveç sərmayədarlarına məxsus olub.
Şərhlər