Rusiya və Çin dollardan istifadə etməyəcək

17.06.2015 11:58     Ecoreaksiya     2139

“Qazprom Export” şirkətinin baş direktoru Yelena Burmistrova, Rusiya və Çinin 400 milyard dollarlıq təbii qaz müqaviləsində rubl və yuan üzərindən müqavilə imzalaayacaqları ilə açıqlama verib.

 

Rusianın “Qazprom” və Çinin “CNPC” şirkətləri arasında pul vahidi məsələsindəki danışıqların davam etdiyini ifadə edən Burmistrova bildirib ki, alqı - satqı müqaviləsi hələ imzalanmadığından üçün ödənişlərin ediləcəyi pul vahidi hələ dəqiqləşməyib. Ancaq danışıqlar davam etdirilir.

Çin ilə əldə edilən anlaşmaya görə, Rusiya Çinə həm qərb, həm də şərqdən təbii qaz axınını təmin edəcək iki boru xətti inşa edəcək. 2700 kilometr uzunluğundaki həmin xətt, rus təbii qazını Qərbi Sibir bölgəsindən Çinin Xinjiang bölgəsinə çatdıracaq. İldə 30 milyard kubmetr təbii qaz daşınması nəzərdə tutulan anlaşmanın həcmi 400 milyard dollar civarındadır.

Şərhlər