"Yayılan xəbərlər şayiədir" - Natiq Əliyev

20.10.2015 10:19     Ecoreaksiya     2467

"Azərbaycanda enerji tariflərinin artırılması ilə bağlı yayılan xəbərlər şayiədir".

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bunu energetika naziri Natiq Əliyev bildirib.

"Tariflər artırılmayacaq. Biz heç vaxt enerji tarifləri məsələsinə baxmamışıq. Heç Tarif Şurası da baxmayıb. Ona görə də, kimsə bunu seçkilərdən öncə ortaya atmaqla bundan istifadə etmək istəyir", - deyə nazir bildirib.

Şərhlər