Mərkəzi Bankın nizamnamə kapitalı 500 milyon manat oldu

20.10.2015 13:37     Ecoreaksiya     2404

Azərbaycan Mərkəzi Bankının nizamnamə kapitalı 10 milyon manatdan 500 milyon manata qaldırılıb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında bununla bağlı “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunun 10.2-ci maddəsinə dəyişiklik müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, “Mərkəzi Bankın nizamnamə kapitalı 10 milyon manatdır” cümləsində “10 milyon” sözü “500 milyon” sözü ilə əvəz edilir. 

Layihə səsə qoyularaq qəbul olunub.

 

Şərhlər

Çox oxunanlar