Enerji mənbələrinin vahid tarifləri təsdiq ediləcək
20.10.2015 16:28 Ecoreaksiya 2054
"2016-cı ilin əvvəlində alternativ enerji mənbələri ilə bağlı vahid tarifləri təsdiq edəcəyik".
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bunu Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov deyib.
A. Bədəlovun sözlərin görə, tariflərin təsdiq olunması özəl şirkətlərə bu sahədə fəaliyyətə başlamaq üçün imkan yaradacaq.
"Bu haqda biz öz təkliflərimi artıq Nazirə Kabinetinə təqdim etmişik. Burada istər külək enerjisi, günəş enerjisi, istər çaylar, istərsə də geotermal sistemlər üçün tariflər təqdim olunub. Bunlar baza tariflərdir. Hökumət tərəfindən qəbul olunduqdan sonra detallı şəkildə açıqlanacaq. Tariflər hər layihə üçün tətbiq olunacaq. Çünki hər layihənin meyarlarından asılı olaraq orada qiymət dəyişikliyi əmələ gəlir", - deyə sədr qeyd edib.
Şərhlər