Əhalinin aylıq gəlirləri 3-9 faiz artacaq - Nazir

20.10.2015 17:12     Ecoreaksiya     2309

Azərbaycanda güzəşt tətbiq edilən gəlirlərin yuxarı həddinin artırılması 500 mindən çox insana aylıq gəlirlərini 3-9 faiz artırmağa imkan verəcək.

Reaksiya.az trend-ə istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin plenar iclasında deyib.

Qeyd edək ki, Milli Məclisə təqdim edilən Vergi Məcəlləsinə əlavə və dəyişikliklərə əsasən, gəlir vergisinə cəlb edilən fiziki şəxsin aylıq gəlirinin məbləği vergidən azad edilən hissə çıxıldıqdan sonra 250 manatdan 2500 manatadək artırılıb.

Şərhlər