Rusiyadan Yunanıstana maliyyə yardımı olmayacaq
18.06.2015 06:23 Ecoreaksiya 3285
Rusiya Maliyyə naziri Anton Siluanov Rusiya Federal Büdcəsindən Yunanıstana hər hansı bir maliyyə yardımı ayırmağın mümkün olmadığını bildirib.
Artan borclarına görə çətin günlər yaşayan Yunanıstanın yeni baş naziri Aleksis Çipras, Sankt-Peterburqda Rusiya dövlət başçısı Vladimir Putinlə görüşəcək. Maliyyə dəstəyi axtarışında olan Afinaya Rusiyanın müsbət cavab verməsi gözlənilmir. Moskva daha əvvəl ortaq enerji layihələri üçün kredit dəstəyi veriləcəyini açıqlamışdı. Yunanıstan “Türk axımı”na “bəli” dediyi andan etibarən, Rusiya ortaq investisiyalar üçün kreditlərin ağzını açacaq.
Rusiyanın Ukraynaya verdiyi 3 milyard dollarlıq borcla əlaqədar mətbuat nümayəndələrinin suallarını cavablandıran Siluanov borcun bağışlanması məsələsi ilə bağlı hər hansı bir planlarının olmadığını deyib.
Xatırladaq ki, Rusiya və Ukrayna arasında 3 milyard dollarlıq borcun geri ödəmə tarixi yaxınlaşdıqca problemlər yaşandı. Ukrayna prezidenti Petro Poroşenko, Rusiyanın keçmiş rəhbərliyə bu pulu rüşvət kimi verdiyini iddia edib. İddiaları cəfəngiyyat adlandıran Putin BVF ilə davam etdirilən bazarlıqların "oğurluq" kimi qiymətləndirilinb qiymətləndirilməyəcəyini soruşmuşdu.
Rusiyalı nazir Aİ-nin sanksiyaları 2016 – ci ilin yanvarına kimi uzadılması xəbərlərinin sürpriz olmadığını, maliyyə siyasətini və inkişaf tempini bu çərçivədə realizə etməyə çalışdıqlarını söyləyib.
Şərhlər