Dollar ucuzlaşdı, avro bahalaşdı

21.10.2015 09:41     Ecoreaksiya     2342

Bu gün oktyabrın 20-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.

Reaksiya.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 21-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi oktyabrın 20-si ilə müqayisədə 0,0002 manat və ya 0,02% azalaraq 1,0474 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0024 manat və ya 0,2% artaraq 1,1900 manata yüksəlib.

Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,6% artaraq 0,0169 manat səviyyəsində qərarlaşıb.

Şərhlər