Antalyada keçirilməli olan enerji konfransı təxirə salınıb

22.10.2015 02:46     Ecoreaksiya     1775

Türkiyənin Antalya şəhərində noyabrın 14-də keçirilməli olan "Avrasiya təbii qaz layihələrində geosiyasi məsələlər, risk və imkanlar" adlı konfrans təxirə salınıb. Reaksiya.az xəbər verir ki, enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın (IAEE) prezidenti Gürkan Kumbaroğlu faktı təsdiq edib.

G.Kumbaroğlu konfransın təxirə salınmasının əsas səbəbi kimi Türkiyədəki siyasi qeyri-müəyyənliyi göstərib:

"Təəssüf ki, Türkiyədəki mövcud durum konfrans keçirməyimizə uyğun deyil. Növbəti konfransın keçiriləcəyi vaxt dəqiqləşməyib. Seçkilərdən sonra siyasi qeyri-müəyyənliyin aradan qalxmasını gözləyirik. Dekabrda keçirilməsi ehtimalı böyükdür".

Qeyd edək ki, noyabrın 15-16-da Antalyada G20 ölkələrinin sammiti keçiriləcək. Sammitdə Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, Çin və başqa dövlətlərin birinci şəxslərinin iştirak edəcəyi gözlənilir.

Şərhlər