Türkiyənin enerji naziri Yıldız Rusiya səfərini ləğv edib; Moskva narahatdır

18.06.2015 13:14     Ecoreaksiya     3379

Türkiyənin Enerji və Təbii Ehtiyatlar naziri Taner Yıldızın bu gün keçirilməsi planlaşdırılan Sankt-Peterburq səfəri ləğv edilib. Yıldızın 18-20 iyun tarixlərində Sank-Peterburqda təşkil edilən Beynəlxalq İqtisadiyyat Forumunda iştirak etməli və xüsusilə də "Türk axını" ilə əlaqədar işlərin təmin etməli idi.

Yıldız Sankt-Peterburq səfəri çərçivəsində Rusiya Enerji naziri Aleksandr Novakla və “Qazprom” - un sədri Aleksey Millerlə ikitərəfli danışıqlar keçiriləcəkdi. Sankt-Peterburq “Qazprom” ofisi Cihan Xəbər Agentliyinə verdiyi açıqlamada Miller və Yıldız görüşünün ləğv olunmasını təsdiq edib.

Şərhlər