Gürcüstanla “Qazprom” qaz nəqli və tədarükü məsələlərini müzakirə ediblər
27.10.2015 02:11 Ecoreaksiya 2055
İtaliyanın Milan şəhərində “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller və Gürcüstanın energetika naziri Kaxaber Kaladze arasında görüş olub.
Reaksiya.az-ın məlumatına görə, bu barədə şirkətin yaydığı rəsmi məlumatda bildirilir.
“Görüşdə Rusiya qazının Gürcüstan ərazisindən nəqli və kommersiya tədarükü məsələlərinə toxunulub”, məlumatda bildirilir.
Qeyd olunur ki, 2014-cü ildə “Qazprom” Gürcüstana 0,3 milyard kubmetr qaz tədarük edib.
Şərhlər