Azərbaycanda dollar ucuzlaşdı

27.10.2015 09:50     Ecoreaksiya     2287

Bu gün oktyabrın 26-sı ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.

Reaksiya.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 27-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi oktyabrın 26-sı ilə müqayisədə 0,0001 manat və ya 0,01% azalaraq 1,0489 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0028 manat və ya 0,24% artaraq 1,1577 manata yüksəlib.

Manata nəzərən Rusiya rublu isə 0,0003 manat və ya 1,78% azalaraq 0,0166 manat səviyyəsində qərarlaşıb.

Şərhlər