Qızıl bahalaşdı
28.10.2015 09:34 Ecoreaksiya 2363
Amerika fond bazarında Dow Jones indeksi 0,24% - 17 581,43 bəndədək, S&P 500 0,26% - 2 065,89 bəndədək, NASDAQ 0,09% - 5 030,15 bəndədək azalıb.
Reaksiya.az xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,81% - 6 365,27 bəndədək, Fransa CAC-40-ı 1,02% - 4 847,07 bəndədək, Almaniya DAX-ı isə 1,01% - 10 692,19 bəndədək ucuzlaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 1,90 dollar artaraq 1 167,70 dollara, gümüş isə 0,04 dollar artaraq 15,91 dollara satılıb.
Şərhlər