SOCAR Kanadada ofis açır
29.10.2015 02:32 Ecoreaksiya 1962
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Kanadada ticarət nümayəndəliyi açmağı planlaşdırır.
Reaksiya.az-ın verdiyi xəbərə görə, nümayəndəlik Kanadanın neft paytaxtı olan Kalqari şəhərində yerləşəcək.
SOCAR-ın bu ölkədə nümayəndəlik açması beynəlxalq bazarlarda faəliyyətini genişləndirməsi çərçivəsində həyata keçirilir.
"SOCAR Trading" artıq Kalqaridəki nümayəndəlik üçün əməkdaşlar seçir. Amma nümayəndəliyin nə vaxt fəaliyyətə başlayacağı hələ müəyyənləşməyib.
Şərhlər