Britaniya Azərbaycana milyardlar yatırıb - Nazir müavini

29.10.2015 10:55     Ecoreaksiya     2371

"Azərbaycan və Böyük Britaniya arasındakı ikitərəfli münasibətlər strateji əlaqələr səviyyəsindədir".

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Bakıda keçiriləcək Azərbaycan-Böyük Britaniya əməkdaşlıq forumu öncəsi Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev bildirib.

Nazir müavini bildirib ki, yaxın günlərdə Azərbaycan-Böyük Britaniya hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək:

"Böyük Britaniya Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələrdən biridir. Bu gün bir sıra Böyük Britaniya şirkətləri ölkəmizdə fəaliyyət göstərir. Bu günə qədər Böyük Britaniya şirkətləri tərəfindən Azərbaycana 21 milyard dollar vəsait yatırılıb. Bunun böyük hissəsi neft-qaz sektorunu əhatə edir".

S. Babayevin sözlərinə görə, Azərbaycan neft-qaz sahəsində Böyük Britaniya şirkətləri ilə sıx əməkdaşlıq edir və gələcəkdə iki ölkənin şirkətləri arasında müştərək layihələr təşkil oluna bilər.

Nazir müavini xatırladıb ki, iki ölkə arasında təhsil sahəsində çox geniş və sıx əməkdaşlıq qurulub.

Şərhlər