"Təngə-Dollar kursu 3-5 ay İçində sabitliyə qovuşacaq" - Kelimbetov:
29.10.2015 11:17 Ecoreaksiya 2553
Qazaxıstan Mərkəzi Bankının rəhbəri Kayrat Kelimbetov Qazaxıstanın milli pul vahidi olan tengenin məzənnəsinin 3-5 ay içində sabitliyə qovuşacağını iddia edib.
Reaksiya.az xəbər verir ki, Tengedən 1 dollar qarşılığındaki kursunun 250 ilə 270 arasında dəyişəbiləcəyini ifadə edən Kelimbetov bildirib ki, kurs normal stabil vəziyyətə gəldikdən sonra ilk üç ya da beş ayda hədəf, kredit verilməsinin genişləndirilməsi olacaq.
Bununla yanaşı, birlikdə Kelimbetov verdiyi açıqlamada bunları bildirib: "Avqust və sentyabr aylarında müşahidə edilən kursun rubl və dollar qarşısında dəyişməsinə müəyyən mənada icazə verdik. Bazarda təngə 1 dolların qarşılığında əvvəl 257 tengeye çıxdı, sonra isə 210 - a düşdü. Daha sonrasında 1 dollar 250 tengedən satılmağa başladı və mərhələli olaraq düşüş qeyd olunub. Bu valyuta bazarının, təsirli olub olmadığını, tamamilə kursu bazara buraxmanın mümkün olub olmadığını və ya dollar və təngə üçün ərz ilə tələb bir tarazlıq olub olmadığını soruşsanız mənfi cavab verəcəyəm." -şəklində ifadələrdən istifadə edib. Kelimbetovun çıxışından qısa bir müddət sonra dolların kursu yenə 280 tengeyə yüksəlib.
Şərhlər