Rusiya ixracatının 58,6% - i neft və təbii qazdan asılıdır - Düşündürən cədvəl

30.10.2015 15:16     Ecoreaksiya     2451

"Rusiyanı təbii qaz ixracatına asılı olmaqdan xilas etmək..." Putin komandasının son illərdə ən əhəmiyyətli hədəflərindən biri də budur.

Reaksiya.az xəbər verir ki, sanksiyalar və böhran ilə birlikdə daxili istehsalın artması, müxtəlifliyi müşahidə olunur. Ancaq keçən ilin rəqəmləri "daha gedilməli çox yol olduğunu" göstərir: Rusiyanın 2014-cü ildə həyata keçirdiyi ümumilikdə 492,1 milyard dollarlıq ixracatının 58,6% - i, neft və təbii qazdan ibarətdir. Ölkənin ən böyük ixracat rəqəmlərini təşkil edən ilk onluqda ümumi ixracatın 78,9% - ini əhatə edir.

BVf - nin məlumatında əldə olunan məlumatlara görə ixracat 2010-cu ilə görə 23,9% artıb.

İlk onluq belə sıralanıb:

1. Neft / qaz 288,4 milyard $ (ümumi ixracatın 58,6% - i)

2. Dəmir polad: 20,2 milyard $ (4,1%)

3. Ziynət əşyaları, qiymətli metallar: 11,6 milyard $ (2,4%)

4. Maşın, motor, nasos: 9 milyard $ (1,8%)

5. Gübrə: 8,9 milyard $ (1,8%)

6. Taxta: 7,6 milyard $ (1,6%)

7. Taxıl: 7 milyard $ (1,4%)

8. Aluminium: 6,3 milyard $ (1,3%)

9. Qeyri-üzvi kimyəvi maddələr: 5,1 milyard $ (1%)

10. Mis: 4,9 milyard $ (1%)

Şərhlər