Azərbaycan Qazaxıstandan 38,7 min ton buğda idxal edib

31.10.2015 06:37     Ecoreaksiya     1948

Azərbaycan 2015-ci ilin yanvar-sentyabr ayları ərzində Qazaxıstandan 38,7 min ton buğda idxal edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 88,2% azdır. İdxal olunan məhsulun dəyəri 8,7 milyon dollar təşkil edib.

Reaksiya.az xəbər verir ki, bu barədə Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsinin məlumatında bildirilir.

Qazaxıstan yanvar-sentyabr ayları ərzində Rusiya və Belarusu çıxmaq şərti ilə ümumilikdə 2 milyon ton buğda ixrac edib ki (421,2 mln dollar.), bu da ötən ilin analoji dövrü ilə müqayisədə 26,5% azdır.

Şərhlər