Neftin bahalaşması davam edir
31.10.2015 09:25 Ecoreaksiya 2231
Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,53 dollar yaxud 1,15% bahalaşaraq 46,59 dollar/barel təşkil edib.
Reaksiya.az-ın məlumatına görə, "Brent" markalı neft isə 0,76 dollar və ya 1,56% bahalaşaraq 49,56 dollar/barelə bərabər olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 53 dollar/barel olacağı gözlənilir.
Şərhlər