Rusiyada xoşbəxtlik neçə rubladır?
31.10.2015 10:17 Ecoreaksiya 2334
"Xoşbəxt bir həyat üçün ayda nə qədər gəlirə ehtiyacınız var?" Superjob insan ehtiyatları şirkəti son anketində Rusiya vətəndaşlarına bu sualı verib. Anket iştirakçılarının verdikləri cavabların təqribi hesablamalarına görə, Rusiya vətəndaşları bu gün ayda 175 min rubl ilə (təxminən 2700 dollar) xoşbəxt bir həyat sürməyin mümkün olacağını düşünür.
Reaksiya.az türkrus.com-a istinadən xəbər verir ki, anket iştirakçılarının görüşünə görə zəngin sayılmaq üçün ayda ən az 450 min rubl, yoxsul kateqoriyaya girmək üçün 15 min rublun altında qazanmaq kifayətdir.
Anket, Rusiyada qadınların gəlir dağılımının kişilərdən daha aşağı olduğunu da ortaya qoyub.
Anketdə iştirak edən qadınlar xoşbəxt bir həyat üçün lazım olan aylıq gəliri 158 min rubl, kişilər 193 min rubl kimi qeyd ediblər.
35 yaşın altındakı Rusiya vətəndaşlarının "xoşbəxt həyat" üçün təqribi gəlir gözləməsi 154 min rubl, 35-45 yaş qrupunun 184 min rubl kimi anketdə qeyd olunub.
Mütəxəssislər, Superjob.ru - nun anketində iştirak edənlərin əksəriyyətinin iş axtaran şəxslər olduğuna, ölkə daxilində gəlirlərin daha çox aşağı olduğuna diqqət çəkir.
Şərhlər