Sanksiyaların Aİ-yə vurduğu ziyan: 100 milyard avro

19.06.2015 15:42     Ecoreaksiya     3082

Avstriya İqtisadiyyat Araşdırmaları İnstitutunun apardığı araşdırmalara görə, Aİ, Rusiyaya tətbiq etdiyi sanksiyalara görə 100 milyard avro ziyanla qarşı-qarşıya qala bilər.

“Die Welt” qəzetində verilən xəbərdə, sanksiyaların davam edəcəyi halında Aİ - ni pis ssenarilərin gözlədiyini ifadə edərək, Lider Avropa Jurnalistləri Təşkilatı (LENA) üçün həyata keçirilən araşdırmanın müəllifi Oliver Fritzin bu sözləri qeyd olunub: "Vəziyyət belə davam edərsə, ən pessimist ssenarilər belə real olacaq".

 

2 milyon işçi təhlükədədir

 

Digər tərəfdən aparılan araşdırmalara görə, Aİ və Rusiya arasındakı mövcud siyasi vəziyyətə görə, düşən ixrac həcmi, Aİ-dəki 2 milyon işçinin vəziyyətinə mənfi təsir edə bilər. Ancaq “Die Welt”in xəbərində, araşdırmada əldə edilən təxminlərin əksinə, Avropa Komissiyasının sanksiyalardan yaranan itkilərin “olduqca kiçik və önəmli olmayan itkilər olduğunu ifadə etdiyinə də diqqət çəkilib.

2014 – cü ildən etibarən Ukrayna böhranı ucbatından Aİ, ABŞ və digər qərb ölkələri Rusiyaya qarşı bank, müdafiə və enerji sektorunda sanksiyalar tətbiq edir. Sanksiyaların uzadılması ilə bağlı yığıncaq isə 22 iyunda Lüksemburqda keçiriləcək Aİ Xarici İşlər Nazirləri Şurasının toplantısında müzakirə ediləcək. Rusiya isə bu sanksiyaların davam etməsi halında adekvat addım atmaq niyyətindədir.

Şərhlər