Tiflisə yardım üçün Azərbaycanda bank hesabı açıldı

19.06.2015 16:56     Ecoreaksiya     1979

İyunun 13-dən 14-ə keçən gecə Tiflisdə baş vermiş təbii fəlakət nəticəsində 19 nəfər həlak olub, itkin düşənlərin axtarışları isə bu günədək davam etdirilir.
 
Gürcüstanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə,  sel yaşayış binalarını, tikililəri, avtomobilləri tamamilə məhv edib, çoxlu sayda insan evsiz qalıb.
 
Təbii fəlakət şəhər infrastrukturuna böyük ziyan vurub, şəhərin mərkəzi rayonlarının birində yollar, körpülər və digər obyektlər, o cümlədən zoopark  məhv olub.
 
“Azərbaycandakı dostlarımız bizə dəstək verdilər. Səfirlik gürcü xalqı adından bu dəstəyə görə öz minnətdarlığını bildirir. Bu günədək səfirliyə sadə insanlar, hökumət və qeyri-hökumət nümayəndələri, işgüzar dairələrin təmsilçiləri başsağlığı verirlər və fəlakətdən ziyan çəkmiş insanlara öz yardımlarını təklif edirlər. Bununla əlaqədar, Gürcüstan səfirliyi Azərbaycan Beynəlxalq Bankında fiziki və hüquqi şəxslərin könüllü ianələri  üçün  xüsusi hesab açıb”, - deyə səfirlikdən bildiriblər.
 
Beneficiary Bank: The International Bank of Azerbaijan Republik,
                                “IBA-PREMIER”, CUSTOMER SERVICE
                                SWIFT: IBAZAZ2X
                                Nizami str., 67,  Phone: (+992) 493-00-91
Beneficiary:            EMBASSY OF GEORGIA
IBAN N :                 AZ10IBAZ39020028409416149120

Şərhlər