"Moody's" Türkiyədəki seçkilərə münasibət bildirib

03.11.2015 12:42     Ecoreaksiya     2427

Seçki nəticələri qısa müddətliyinə naməlumluğu azaldır, ancaq kredit qiymətinə əsas təsiri yeni hökumətin iqtisadi siyasəti təyin edəcək.

Kredit qiymətləndirmə təşkilatı “Moody 's” Türkiyədə AKP - nin tək başına iqtidara daşıyan parlament seçkilərinin nəticələrinin qısa müddətli siyasi qeyri-müəyyənliyi azaltdığını, ancaq kredit qiymətinə əsas təsiri yeni hökumətin iqtisadi siyasətinin müəyyən edəcəyini söyləyib.

Reaksiya.az xəbər verir ki, “Moody's” tərəfindən Türkiyədə keçirilən dünənki seçkilərdən sonra elan olunan qısa bir açıqlamada AKP-nin ikinci parlament seçkilərində əksəriyyəti qazanması qısamüddətliyinə siyasi qeyri-müəyyənlik azaldır. Ancaq, ölkənin kredit qeydinin xüsusiyyətinə təsiri yeni hökumətin aşağı böyümək, yüksək inflyasiya və oynaq sərmayə hərəkatları ilə müəyyənləşəcək iqtisadi strategiyasını necə meydana gətirdiyinə bağlı olacaq".

Reaksiya.az seçki nəticəsinin bank sisteminə təsirlərinə də qısaca toxunulan qeyddə, yumşalan siyasi qeyri – müəyyənliyə baxmayaraq, Türkiyədəki bankların inkişaf etməkdə olan ölkələrə yönəlik riskdən qaçış və yüksək geosiyasi risklərlə qarşı-qarşıya olduğu ifadə edilib.

Qiymətləndirmədə bildirilib ki, ölkənin bank sisteminin görünüşü üçün əsas məsələ yeni hökumətin iqtisadi strategiyası və qənaətlə böyümə potensialını artıracaq islahatları nə dərəcədə həyata keçirəcəyidir: “Bu ikisi ünsür da kövrək investor etibarı və Türk lirəsinin oynaqlığı ilə mübarizə aparmaq üçün həyati əhəmiyyət daşıyır”.

Şərhlər