"Rusiyada iqtisadi böyümə istəyiriksə, dövlət kapitalizmi tərk etməlidir" - Məşhur ekspert:

03.11.2015 12:59     Ecoreaksiya     2913

"Rusiya iqtisadi böyüməyi 1,5-2% - dən daha çox artırmaq istəyirsə, dövlət kapitalizmi modelini yenidən nəzərdən keçirməlidir". Bu tövsiyə BVF – nin msələhətçisi, məşhur amerikalı ekspert Nouriel Roubini tərəfindən səsləndirilib.

Reaksiya.az xəbər verir ki, Moskvada Rusiya İqtisadiyyat Məktəbində çıxış edən, iqtisadiyyat üzrə Nobel mükafatı laureatı, məşhur ekspert Rusiyada önümüzdəki bir neçə il içində makroiqtisadi sabitliyin mövcud olacağını öz çıxışında qeyd edib.

Hökumətin ağıllı iqtisadi siyasəti tətbiq edəcəyi təqdirdə inflyasiyanın və büdcə kısrlərinin azalacağını nəzərdə tutan iqtisadçı Rusiyada bu məqamlara görə, bu il və gələn il iqtisadiyyatda canlanma yaratmağın mümkünlüyünü vurğulayıb.

Roubini digər tərəfdən Rusiya iqtisadiyyatının 1,5-2% - dən daha çox böyüməsi üçün islahatlara üstünlük veriməsinin vacibliyini bildirib.

Rusiyada iqtisadi islahatların çox ləng aparıldığını qeyd edən ekspert, ölkədə dövlət kapitalizminin tərk edilməsinin vacibliyini vurğulayıb.

Şərhlər