Rusiyada inşaat sektorunun ulduzu - Kazan

03.11.2015 14:12     Ecoreaksiya     2428

Kazanda inşaat sektoru hansı vəziyyətdədir?

Tataristanda inşaat sərmayələri böhrana baxmayaraq artmaqda davam edir. Reaksiya.az xəbər verir ki, Kazan Rostov və Novosibirskdən sonra Rusiyada ilin ilk yarısında ən çox inşaatın tamamlandığı üçüncü meqapolis adını alıb.

Kazan Bələdiyyəsinin məlumatına görə, ilin ilk yarısında ən çox mənzil inşatının tamamlandığı 13 meqapolis arasında Kazan Rostov və Novosibirskdən sonra üçüncü yerə çıxıb. Siyahıya Moskva və Sankt-Peterburq daxil ola bilməyib.

Kazanda bu gün tikinti sektorunda 46 min nəfər çalışır. Sektorda təqribi maaş 27 min 500 rubl civarındadır(453 manat).

Şərhlər