Kudrindən pessimist tablo: "İqtisadi krizis getdikcə daha da dərinləşəcək"

20.06.2015 12:43     Ecoreaksiya     2384

Medvedevin prezidentliyi dövründə Kremllə üz –üzə gələrək vəzifəsindən istefa verən keçmiş maliyyə naziri Aleksey Kudrin Rusiya iqtisadiyyatının gələcəyinə dair mənfi proqnozlar verməkdə davam edir.

Sankt-Peterburq İqtisadi Forumunda Sberbankın təşkil etdiyi yeməkdə çıxış edən Kudrin ölkədə önümüzdəki dövrdə iqtisadi krizisin dərinləşəcəyi ilə bağlı proqnozlar verib.

İkinci və üçüncü rübdə iqtisadiyyatın kiçiləcəyini, dördüncü rübdə enişin azalacağını təxmin edən Kudrin, "İl sonuna doğru iqtisadi böyümə yenidən başlaya bilər, ancaq statistik olaraq bu il KBMG - ə eniş yazılacaq. Bu da krizisdən xəbər verir" - deyib.

Sərt devaluasiyanın təsirlərinə diqqət çəkən Kudrin real maaşların 10%, real gəlirlərin 4% - dən çox azaldığına görə, bu rəqəmin il sonunda daha da artmasının gözlənildiyinə işarə edib.

"Bəzi ehtimalların əksinə, önümüzdəki payızda Rusiya iqtisadiyyatında vəziyyət düzəlməyəcək"- deyən keçmiş nazir, "Vəziyyətin ən pis hal aldığı sahədə məşğulluq sektoru oldu. Müəssisələrin bəziləri işçilərini təqaüdə çıxardıb və ya iş müddətlərini azaldıb. Payızda vəziyyət daha yaxşı olmayacaq. İşsizlik artacaq, real gəlirlər azalmağa davam edəcək" -deyə danışıb.

Şərhlər