Almaniyanın Yaxın Şərq siyasətinin formalaşmasında iqtisadi maraqlar ön plandadır - TƏHLİL

20.06.2015 15:01     Ecoreaksiya     2410

Bunu Reaksiya.az – a açıqlamasında Sakarya Universiteti İctimai Elmlər İnstitutunun professoru ProfDrKamal İnat bildirib. O, qeyd edib ki, dünyanın ən əhəmiyyətli iqtisadi gücləri arasında yer alan Almaniya 2008-2009 – cui illərdə dünya iqtisadi böhranında ən çox ziyan çəkən Avropada ən sabit ölkə kimi ayaqda qala bilən və krizisdəki ölkələrə kömək məsələsində ön plana çıxan siyasətləri ilə Avropa İttifaqı (Aİ) daxilindəki təyinedici mövqeyini gücləndirən ölkə olub: “Ancaq iqtisadi baxımdan bu qədər təsirli olan Almaniyanın Aİ-nin qonşu bölgəsi olan Yaxın Şərq mövzusunda ABŞ və ya Rusiya qədər aktiv bir siyasət izlədiyini söyləmək mümkün deyil. Dövrü bəzi fərqlərə baxmayaraq, Berlinin ümumi olaraq bu mövzuda ABŞ-ın liderliyini qəbul edən bir siyasət izlədiyi, ancaq buna baxmayaraq xüsusilə iqtisadi maraqlarına zidd inkişafları qarşısını almaq mövzusunda da Washington rəhbərliyini istiqamətləndirməyə çalışdığı görülməkdədir”.

 

Berlin ABŞ-ın bölgədəki hərbi əməliyyatlarını maliyyələşdirən ölkələrdən biri kimi ön plandadır

 

Bir ticarət dövləti olan Almaniyanın Yaxın Şərq məsələsində həm Vaşinqtonun dəstəyinə, liderliyinə və onunla əməkdaşlıq etməyə ehtiyac duyduğunu bildirən Prof.Dr.Kamal İnat onu da vuyrğulayıb ki, Almaniya çox zaman Amerikanı yumşaltmağa ehtiyacı hiss edir: “Özü böyük bir hərbi güc olmayan Almaniya dünyanın başqa bölgələrində olduğu kimi Yaxın Şərqdə da iqtisadi fəaliyyətlərini davam etdirə bilmək üçün “Qərbin qoruyucu gücü olan ABŞ”-ın təhlükəsizlik dəstəyinə möhtacdır. Bu çərçivədə Almaniya üçün Qərb əleyhdarı kimi təyin oluna biləcək çoxlu sayda ölkənin və silahlı təşkilatın olduğu Yaxın Şərqdə iqtisadi baxımdan duruş gətriməsi üçün müttəfiqi ABŞ-ın dəstəyi çox önəmlidir. Bu dəstəyə cavab, bəzi istisnalar xaricində, Berlin də ABŞ-ın bölgədəki hərbi əməliyyatlarını maliyyələşdirən ölkələrdən biri kimi önə çıxır. Obamanın rəhbərliyinə kimi ABŞ-ın İran məsələsindəki dialoqu rədd edən radikal siyasətinə qarşı, Almaniya və digər Aİ ölkələrinin Tehrana qarşı apardıqları 'tənqidi dialoq" siyasəti ayrıca istisna kimi misal göstərilə bilər”.

Şərhlər