Azərbaycanda dollar bahalaşdı

05.11.2015 09:41     Ecoreaksiya     2019

Bu gün noyabrın 4-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.

Reaksiya.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 5-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi noyabrın 4-ü ilə müqayisədə 0,0004 manat və ya 0,4% artaraq 1,0499 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,008 manat və ya 0,7% azalaraq 1,1412 manata enib.

Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,19% azalaraq 0,0166 manat səviyyəsində qərarlaşıb.

Şərhlər