Qızıl 17 dollaradək ucuzlaşdı

07.11.2015 10:26     Ecoreaksiya     2069

Amerika fond bazarında Dow Jones indeksi 0,26% - 17 910,33 bəndədək, NASDAQ 0,38% - 5 147,12 bəndədək artıb, S&P 500 0,03% - 2 099,20 bəndədək azalıb.

 Reaksiya.az xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,17% - 6 353,83 bəndədək ucuzlaşıb, Almaniya DAX-ı 0,92% - 10 988,03 bəndədək, Fransa CAC-40-ı 0,08% - 4 984,15 bəndədək bahalaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 16,50 dollar azalaraq 1 087,70 dollara, gümüş isə 0,29 dollar azalaraq 14,69 dollara satılıb. 

Şərhlər