Yunanıstan BRİCS bankına üzv ola bilər
22.06.2015 10:12 Ecoreaksiya 2029
Yunanıstan Ətraf mühit və Enerji naziri Panayotis Lafazanis, ölkəsinin BRİCS İnkişaf Bankına üzvlüyü ilə əlaqədar dialoqun çox müsbət bir formada davam etdiyini açıqlayıb.
“Sputnik” radiostansiyasına açıqlama verən Lafazanis hal-hazırda tərəflərin BRİCS İnkişaf Bankına üzvlük mövzusunda ön dialoq mərhələsində olduğunu ifadə edib və bildirib ki, bank fəaliyyətə başlayan kimi Yunanıstan bu bankın tam hüquqlu üzvü olacaq.
Yunanıstanlı nazir qeyd edib ki, bu mövzuda müzakirələr çox yüksək səviyyədə davam edir. Rusiya isə Yunanıstanın İnkişaf Bankına üzvlüyünü dəstəkləyir.
Qeyd edək ki, Rusiya maliyyə nazirinin müavini Sergey Storçak BRİCS İnkişaf Bankının 7 iyulda fəaliyyətə başlamasını planlaşdırdıqlarını açıqlamışdı.
Şərhlər