Qızıl 4 dollaradək bahalaşdı

10.11.2015 09:40     Ecoreaksiya     2028

Amerika fond bazarında Dow Jones indeksi 1,00% - 17 730,48 bəndədək, NASDAQ 1,01% - 5 095,30 bəndədək, S&P 500 0,98% - 2 078,58 bəndədək azalıb.

Reaksiya.az xəbər verir ki,  Avropa fond bazarlarında FTSE 100 indeksi 0,92% - 6 295,16 bəndədək, Almaniya DAX-ı 1,57% - 10 815,45 bəndədək, Fransa CAC-40-ı 1,46% - 4 911,17 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 3,80 dollar artaraq 1 091,90 dollara, gümüş isə 0,07 dollar artaraq 14,49 dollara satılıb.

Şərhlər